Məzmuna keç

Bakıda oğlunu bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda oğlunu bıçaqlamaqda təqsirləndirilən Ramiz Vahabovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Elnur Nuriyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində yerləşən mənzillərin birində baş verib. Mənzildə yaşayan Vahabov Ramiz Vəli oğlu şəxsi münasibətlər zəminində doğma oğlu, 33 yaşlı Hafiz Vahabova bıçaqla ağır dərəcəli bədən xəsarətləri yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə