Məzmuna keç

Bayramov – Şmit görüşündə regional təhlükəsizlik və əməkdaşlıq diqqət mərkəzində oldu –

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb.

Bu barədə e-huquq.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə ikitərəfli qarşılıqlı fəaliyyət, o cümlədən regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.