Məzmuna keç

Məhkəmə daha bir şirkətin əmlakının hərraca çıxarılması barədə qərar verdi

Məhkəmə daha bir şirkətin məhsullarının hərraca çıxarılması barədə qərar verdi

12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Gəncə-Metal-Plastik” ATSC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə baxılıb.

E-huquq.az xəbər verir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Fikrət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh “Gəncə-Metal-Plastik” ATSC-nin dövlət büdcəsinə ödənilməmiş 1198 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş edib.

Məhkəmə iş üzrə materialları nəzərdən keçirərək, iddianın təmin edilməsi barədə qərar çıxarıb.