Məzmuna keç

“Ümummilli lider Heydər Əliyev uzaqgörən lider idi” –

Ümummilli lider Heydər Əliyevi vəfatının 20-ci il dönümündə ehtiramla yad edirik.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında deyib.

"Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu, hər sahədə yürütdüyü siyasətlə uzaqgörən bir lider idi. Heydər Əliyevin ən böyük vəsiyyəti Qarabağ işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Ümummilli liderin Türkiyə ilə qurduğu siyasət Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla birgə ən yüksək səviyyəyə çatıb. Bu əlaqələr bizə Heydər Əliyevdən miras qalıb", – deyə səfir bildirib.