Məzmuna keç

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

E-huquq.az xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.