Məzmuna keç

Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradıldı

Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Məsələni MSK sədrinin müavini Rövzət Qasımov təqdim edib. O bildirib ki, artıq işğal altında olan ərazilər sözü bizə yaddır: “Həmin ərazilərdə məskunlaşma prosesi başlanılıb”.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

Qərarla 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb.