Məzmuna keç

Yaşar Gülər: Qafqazda təhlükəsizlik Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından keçir

Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, Türkiyə bu məqsədlə edilən səmimi səyləri dəstəkləyir və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayır:

“İki ölkə arasında etimadı artıran konkret addımların atılması ilə bağlı son qərardan məmnunuq”.