Məzmuna keç

“Səyyar qəbul otağı” bu dəfə İmişli sakinlərinin ixtiyarına verildi –

Fərdi yaşayış evinin qazlaşdırılması, bəzi hallarda qazın təzyiqinin zəif olması və fərdi qaz tənzimləyicinin yenisi ilə əvəz olunması kimi məsələlərlə bağlı müraciətlər İmişli rayonunda keçirilən aksiyada ünvanlanıb.

Bu barədə e-huquq.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirib.

Rayonun Aranlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 9 sakin qaz təchizatında üzləşdiyi problemləri səsləndirib.

Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri müraciətlər barədə ətraflı izahatlar verilib.