Məzmuna keç

“Cənab Prezident həyata keçirdiyi işlərlə xalqımızın dərin məhəbbətini qazanıb”

Cənab Ali Baş Komandan, Hörmətli Prezident! Sizi doğum gününüz münasibətilə təbrik edir, sağlam can, uzun ömür arzulayıram.

Artıq üçüncü ildir ki, Siz ad gününüzü Vətən müharibəsində qələbə qazanmış qalib bir ölkənin Ali Baş Komandanı olaraq qeyd edirsiniz. Komandanlığınız altında Şanlı Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi və uzun illər ərzində mövcud olan münaqişənin həlli istiqamətində vacib addım ataraq Xankəndi şəhəri başda olmaqla, bütün ərazilərimizdə müqəddəs üçrəngli bayrağımızın dalğalanması kimi olduqca böyük bir vəzifənin öhdəsindən gəldi.

Sizin yorulmaz əməyiniz sayəsində ölkəmizin istər sosial-iqtisadi sahədə, istər dövlət quruculuğunda və istərsə də beynəlxalq aləmdə əldə etdiyi uğurlar göz qabağındadır və bu hər bir Azərbaycan vətəndaşını sevindirir. Siz vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyiniz möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanmısınız.

Bu gün hər kəs Sizin Vətənimizə necə dərin məhəbbət duyduğunuzu, insanımızın qayğılarına həssas münasibət göstərdiyinizi görür və təqdir edir.

Cənab Prezident! Sizi bir daha təbrik edir, güclü, qüdtərli Azərbaycan uğrunda, eləcə də xalqımızın rifahı naminə bundan sonra da görəcəyiniz işlərdə uğurlar arzulayıram. Tanrı sizi və Azərbaycanımızı qorusun!

Hörmətlə,

Yusif Bağırzadə, politoloq