Məzmuna keç

Mingəçevirdə yanğın zamanı bir nəfər tüstüdən zəhərləndi

Mingəçevir şəhərində ümumi sahəsi 24 m² olan dəmir və taxta konstruksiyadan ibarət 3 otaqlı vaqon tipli evin 1 otağında döşəmə 4 m² sahədə yanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.