Məzmuna keç

Razi Nurullayevin imza vərəqələri MSK-ya təqdim edildi

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

E-huquq.az-ın xəbərinə görə, Seçki Məcəlləsində göstərilən imzalarla birlikdə, namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq MSK-ya təqdim edilib.