Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təlimlərə başlayır.
E-huquq.az xəbər verir ki, vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün keçiriləcək təlimlər BMT-nin insan hüquqları sistemi və müəssisələri, eləcə də onların insan hüquqlarına dair iştirak mexanizmlərində rolu barədədir.
Təlimlərdə iştirakçılar aşağıdakı vəsaitlərlə təmin olunacaq:
• BMT-nin xüsusi orqanları və mandatlarının, eləcə də BMT-nin müqavilə orqanlarının yekun qeydlərinin xülasəsi;
• Milli tərəfdaşların BMT-nin İnsan Hüquqları mexanizmlərində iştirak yollarının xülasəsi;
• Azərbaycanın sahə üzrə ən son dövri hesabatlarına baxışların keçirilməsindən sonra qəbul edilmiş Yekun Qeydlər;
• Müqavilə orqanlarının qəbul etdiyi Ümumi Şərhlər və Ümumi Tövsiyələrdən ibarət vəsaitlər toplusu
Ödənişsiz təlimlərdə iştirak etməkdə maraqlı olan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və hüquqşünaslar öz tərcümeyi hallarını (CV) [email protected] elektron poçt ünvanına göndərməlidir.
