Məzmuna keç

Səhiyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edildi

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, kollegiya üzvlərinin sayı 11-dən 9-a endirilib. Nazir müavinləri kollegiyanın tərkibindən çıxarılıb.