Bakının Səbail rayonu, Badamdar qəsəbəsi Badamdar şossesində sürüşmə 30 metr ərazini əhatə edir.
E-huquq.az xəbər verir ki, sürüşmə nəticəsində Badamdar yolu bağlanıb və torpaq ərazidəki restoranın divarlarına qədər çatıb.
Hazırda sürüşmə davam edir.
***
09:28
Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, sürüşmə rayonun Badamdar qəsəbəsi, Badamdar şosesində qeydə alınıb.
Hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.
Aidiyyəti qurum əməkdaşları hadisə yerindədirlər.
Xatırladaq ki, bu ərazidə sürüşmə sonuncu dəfə 2018-ci ilin oktyabrında baş verib.
