Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, yanvarın 26-da 1994-cü il təvəllüdlü Murad Bayramovun idarə etdiyi «Mercedes» markalı avtomobillə, Gəncə şəhəri, N.Nərimanov prospektində hərəkətdə olarkən, piyada 1960-cı il təvəllüdlü Surayya Çiçək Böyükağa qızını ehtiyatsızlıqdan vurub. Xəsarət alan şəxs fevralın 7-də müalicə aldığı Gəncə şəhər A.Səhhət adına 1 saylı xəstəxanada vəfat edib.
Faktla bağlı Gəncə Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
