Məzmuna keç

Mingəçevir sakini odlu silahla öldürüldü

Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.

Bu barədə e-huquq.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.

Araşdırma aparılır.