Bakıda atasını bıçaqlamaqda təqsirləndirilən Cavid Haqverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Növruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 13-nə təyin edilib.
Hadisə ötən ilin iyul ayında paytaxtın Xətai rayonu ərazisində baş verib. 1985-ci ildə Gədəbəy rayonunda anadan olan Haqverdiyev Cavid Mübariz oğlu gecə saatlarında Xətai rayonu, R.Məmmədov küçəsi ev 20a, mənzil 7-də yaşayan atası, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu ilə mübahisə edib.
Mübahisə ata-oğul arasında davaya çevrilib. Bu vaxt C.Haqverdiyev mətbəxdən götürdüyü bıçaqla atasına 5 bıçaq zərbəsi endirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
C.Haqverdiyevə Cinayət Məcəlləsini 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib və barəsində həbs qətimkan tədbiri seçilib.
