Məzmuna keç

Məhkəmə “İnterpol” xətti ilə Türkiyədə həbs edilən azərbaycanlı ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Haldun Hacıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Haldun Hacıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Vətəndaşların şikayətləri əsasında H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. Lakin o, istintaqdan yayınıb. Daha sonra H.Hacıyev “İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.

Cinayət işində 5 zərərçəkmiş var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Hacıyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.