Məzmuna keç

Naxçıvanda avtomobil 7 yaşlı uşağı vurdu

Naxçıvanda avtomobil 7 yaşlı uşağı vurub.

E-huquq.az xəbər verir ki, hadisə Babək rayon Nehrəm qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil qəsəbə sakini, 2017-ci il təvəllüdlü Əliyev Nəsrullah Həsən oğlunu vurub. İlk olaraq, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkən, sonradan Bakı şəhərinə aparılıb və xəstəxanaların birinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.