Məzmuna keç

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində danışıqları başladı

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başlayıb.

E-huquq.az xəbər verir ki, danışıqlar Berlində baş tutur.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar Berlində keçirilir. Danışıqlar fevralın 28-də başlayıb.

Fevralın 28-də əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib.

Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.