SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Zaqatala rayonunda baş tutub.
E-huquq.az xəbər verir ki, aksiya zamanı idman kompleksinin icraçı direktoru Samir Rəhimov qazla təminatla bağlı problemin olmadığını söyləyib.
"Sizdən xahişimiz odur ki, debitor borcun ödənilməsində bizi nəzərə alasınız" – deyə S.Rəhimov əlavə edib.
Şirin Ramazanov isə işlətdiyi hotelin qaz sayğacının 1 aya yaxındır ki, dövri yoxlama müddəti başa çatdığına görə sökülərək laboratoriyaya aparıldığını bildirib. O, yoxlamanın nəticəsini tez bir zamanda bilmək istədiyini deyib.
Mağaza sahibi Elçin Məmmədov isə özünə məxsus mağazada qazla bağlı problem yaşamadığını qeyd edib.
KOBİA nümayəndəsinin də iştirakı ilə təşkil olunan "Səyyar qəbul otağı" Zaqatala RQİİ-nin məsul şəxsləri tərəfindən problemlərin qeydiyyatı ilə davam edib.
