SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Şəkidə təşkil olunub.
E-huquq.az xəbər verir ki, aksiyaya bu dəfə 104-cü kvartalın sakinləri təşrif buyurub.
300 evin adından ünvanlanan 15 sakinin müraciəti isə eyniyönümlü olub.
Mikrofon önünə çıxan vətəndaşlar 104-cü kvartalın mavi yanacaqla təmin olunmasını istəyiblər. Zaqatala RQİİ-nin rəhbər şəxsləri qeyd ediblər ki, ölkə ərazisində qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə aparılır və 104-cü kvartal da digər qazlaşmayan ərazilər kimi Birliyin diqqət mərkəzindədir.
Sonda hər bir müraciətin qeydiyyatı aparılaraq aksiyanın Şəki şəhərindəki missiyasına yekun vurulub.
