Məzmuna keç

Azərbaycanda keçmiş baş həkim və arvadı qətlə yetirildi

Salyanda ər və arvad qətlə yetirilib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər kənd sakinləri, 1956-cı il təvəllüdlü Məmmədov İsrafil Əiməmməd oğlu və onun arvadı 1963-cü il təvəllüdlü Məmmədova Münəvvər Rza qızını yaşadıqları evdə qətlə yetiriblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Məmmədov vaxtilə rayon poliklinikasının baş həkimi olub.

Mənbə: Report