Bakıda Türkiyə vətəndaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məhəmməd Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İş hakim Şəhla Süleymanovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Səbail rayonu, Salyan şosesində qeydə alınıb. Belə ki, Salyan şosesində 1997-ci il təvəllüdlü Məhəmməd Tağıyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Sabit Bildimi vuraraq öldürüb. Məhəmməd Tağıyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
