Məzmuna keç

Abşeronda narkotiklə tutulan şəxsin istintaqı başa çatdı

Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Balabəy Ağadadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Hafiz Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Balabəy Ağadadaşov Saray Polis Bölməsinin əməkdaşları tərəfindən Novxanı qəsəbə ərazisində saxlanılıb. Axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin götürülüb. B.Ağadadaşova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə