Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Arif Qasımzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Anar Sadıqovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Alatava yaşayış sahəsində qeydə alınıb. Belə ki, A.Qasımzadə 47 yaşlı Babaverdiyev Kənan Ağaverdi oğlunu əlbəyaxa dava zamanı bıçaqlayıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. A.Qasımzadəyə qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ititham irəli sürülüb.
Şəbnəm Mehdizadə
