Göyçayda 51 yaşlı kişi ürək tutmasından vəfat edib.
E-huquq.az-ın məlumatına görə, 1973-cü il təvəllüdlü Göyçay şəhər sakini Məmmədov Elşən Ağahəsən oğlu ötən gün Göyçay RMX-nın PHŞ-nə “kəskin koronar sindrom” diaqnozu reanimasiya şöbəsinə yerləşdirilib, saat 16 radələrində reanimasion tədbirlərə baxmayaraq həmin şöbədə ölüb.
Meyitin xarici müayinəsi zamanı bədəni üzərində xəsarət izləri aşkar edilməyib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Məmmədov Elşən Ağahəsən oğlu uzun müddət ürək xəstəliyindən əziyyət çəkməklə müalicə alıb, 2 dəfə infarkt keçirib.
