Məzmuna keç

Zaqatalada 38 yaşlı kişi evdə ölü tapıldı

Zaqatalada 38 yaşlı kişi yaşadığı evdə ölü tapılıb.

E-huquq.az-ın məlumatına görə, hadisə ötən gün Zaqatala şəhəri M.Müşviq küçəsi ev 26 ünvanında qeydə alınıb.

Zaqatala Rayon Polis Şöbəsindən rayon prokurorluğuna 1986-cı il təvəllüdlü Qurbanov Rəşad Fərhad oğlunun yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, R.Qurbanov 05.03.2024-cü il tarixdə saat 01:50 radələrində yuyunmaq üçün axımlı su qızdırıcısının quraşdırıldığı hamam otağına keçib, həmin gün saat 06:30 radələrində hamam otağında atası Fərhad Qurbanov tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.