Məzmuna keç

“Azəralüminium” cərimələnə bilər

"Azəralüminium" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbə verir ki, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Azəralüminium" min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə