Bakıda qohumunu öldürməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Fəxri Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Yusif İsmayılov Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu, 1995-ci il təvəllüdlü Etibar Fətəliyevi qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
