Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərzəli Həsənlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.
İş hakim Sevindik Əzizovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 18-də keçiriləcək.
Qeyd edək ki, Şəki sakini, 24 yaşlı Fərzəli Həsənlinin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı beton səkiyə çırpılıb. Zərbənin təsirindən avtomobildə olan sərnişin, 22 yaşlı Rüfət Abilov orada sıxılmış vəziyyətdə qalıb. FHN əməkdaşları sərnişini xilas edərək Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə 8ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
