Məzmuna keç

Quldurluqda şübhəli bilinən şəxsin istintaqı başa çatdı

Bakıda qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Qadir Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 19-da keçiriləcək.

Qeyd edək ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində npaytaxt sakini olan bir qızın mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Mirzəyev saxlanılıb. Araşdırmalarla onun Yasamal rayonu ərazisində bir nəfərin 2300 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.

Şəbnəm Mehdizadə