Abşeron rayonunun Saray qəsəbəsində yanğın olub.
E-huquq.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
