Məzmuna keç

Cəlilabadda evdə yanğın oldu

Cəlilabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, rayonun Təzəkənd kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı 34 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.