Məzmuna keç

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Ruslan Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Telman Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ruslan Əsədov aralarında yaranmış mübabisə zamanı 1975-ci il təvəllüdlü İsayev Tofiq Zabit oğlunu bıçaqlamaqda təqsirləndirilir. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. R.Əsədova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə