Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycandakı filialına cərimə yazıldı

Altay Yazılım Savunma Endüstriyel Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbayacan Respublikasındakı Filialına cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunarsa, şirkət inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə