"BakuBus" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "BakuBus" min beş yüz manat məbləğində cərimə ediləcək.
Şəbnəm Mehdizadə
