Bakıda metro və avtobuslarda oğurluq etməkdə təqsirləndirilən Muraz Bayramovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Gültəkin Əsədəovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 19-na təyin olunub.
Qeyd edək ki, Gəncə şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1970-ci il təvəllüdlü Muraz Bayramov müxtəlif vaxtlarda paytaxt ərazisində marşrut avtobuslarında və metro stansiyalarında 4 nəfərin mobil telefonlarını oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
