Məzmuna keç

Qusarda 4 min manatlıq oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qusarda oğurluq etməkdə təqsirləndirilən Emin Vəlixanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib.

Hakim Əli Cəlilovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 27-nə təyin olunub.

Qeyd edək ki, Avaran qışlaq kənd sakin Emin Vəlixanov rayon ərazisində olan bağ massivlərindən bağçılıq təsərrüfatında istifadə edilən müxtəlif avadanlıqlar oğurlamaqda təqsirləndirilir. O, ümumilikdə zərərçəkmişlərə 4136 manatdan çox zərər vurub. Emin Vəlixanova qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə