Məzmuna keç

Dövlət idarəsi bələdiyyəni məhkəməyə verdi

Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi İdarəsi məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, Saatlı Rayonu Dəllər Bələdiyyəsi İdarəyə qarşı inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı iddia qaldırıb.

İddia Şirvan İnzibati Məhkəməsində hakim Amilya Hüseynovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Şəbnəm Mehdizadə