Ağsuda vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Məhəmməd Umudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, cinayət işinə Ağsu Rayon Məhkəməsində hakim Babək Qasımovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası martın 28-də keçiriləcək.
Qeyd edək ki, əvvəllər də soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Məhəmməd Umudov Ağsu rayon sakininin üzərində olan əşyaları soyğunçuluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
