Məzmuna keç

Ali Məhkəməyə yeni şöbə müdiri təyin olundu

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifədən azad edilib.

E-huquq.az xəbər verir ki, öz xahişi ilə başqa işə keçməsi ilə əlaqədar onun ədliyyə orqanlarında qulluğuna xitam verilib.

C.Hüseynov Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.