Bakıda hosteldən oğurluq etməkdə təqsirləndirilən Nürani Atakişiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Hakim Nigar Qədirlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ağdaş rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurani Atakişiyev Bakıdakı hostellərin birindən 1080 manat pul, noutbuk və mobil telefon oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
