"Respublika Diaqnostika Mərkəzi" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Respublika Diaqnostika Mərkəzi" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
