Məzmuna keç

Bakıda kafedən oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda kafedən oğurluq etməkdə təqsirləndirilən İsmayıl Qitinmaqamedovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Balakən rayon sakini İ. Qitinmaqamedov rayon ərazisindəki kafelərdən birinin həyətindən 2 ədəd soyuducu, qaz sobası və yuyucu aparat oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə