Salyanda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Murad Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Nahid Hüseynovun sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 54-cü kilometrliyində baş verib. Həsənov İbrahim Əkbər oğlunun idarə etdiyi sərnişin avtomobili ilə Hacıyev Murad Adil oğlunun idarə etdiyi yük avtomobili toqquşub. Qəza nəticəsində Salyan rayon sakini 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xaliq oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. M.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
