Qax rayonunun Qum kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
