Məzmuna keç

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanıldı

Martın 29-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 183, o cümlədən borclu şəxs qismində axtarışda olan 135 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.