Məzmuna keç

Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilir

Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilir.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin hakimləri Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynzadə Afiq Hüseyn oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək.

Qeyd edək ki, Hüseynov Mirbahəddin Mirdamət oğlu Gəncə Apellyasiya Məhkəməsinin sədridir.

Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Rza oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Lətifə Məhyəddin qızı Məmmədova da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.