Məzmuna keç

Deputat: “Məhkəmə-hüquq sahəsində çox ciddi dönüş yaranıb”

"Məhkəmə-hüquq sistemində aparılan islahatlar fundamental xarakter daşıyır".

E-huquq.az xəbr verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deyib.

Deputat bu sahədə çox ciddi dönüş yarandığını bildirib: "Son zamanlar istər Məhkəmə-Hüquq Şurasının fəaliyyətində, istərsə də məhkəmələrin və hakimlərin fəaliyyətini tənzimləyən qanunvericilikdə edilən dəyişikliklər əyani şəkildə nümayiş etdirir ki, bu sahədə çox ciddi dönüş yaranıb. Son dövrlər "Məhkəmələr və hakimlər haqqında" qanuna edilən dəyişiklillərə nəzər salsaq, görərik ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi bu gün məhkəmə-hüquq islahatlarının başlıca tendensiyalarından biridir".

N.Səfərov parlamentlə məhkəmə hakimiyyəti arasında səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyib: "Zaman-zaman millət vəkillərinin irəli sürdüyü məsələlər Məhkəmə-Hüquq Şurası tərəfindən çox ciddi şəkildə nəzərə alınır. Artıq Milli Məclisin deputatları və Məhkəmə-Hüquq Şurası arasında çox səmərəli əməkdaşlıq var. Biz bunu inkişaf etdirmək niyyətindəyik".

Şəbnəm Mehdizadə